Jurnalist Maksim Kononenko 53 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, mayın 14-də Kononenkonun həyat yoldaşı bu barədə RT telekanalına məlumat verib.
Telekanal jurnalistin ailəsinə və yaxınlarına başsağlığı verib.
Kononenko 1971-ci ildə Murmansk vilayətinin Apatiti şəhərində anadan olub.
1990-cı illərdə bir neçə şirkətdə proqramçı işləyib. 1995-ci ildə “Tanqo” hekayəsi ilə ilk “Teneta” şəbəkə ədəbi müsabiqəsinin qalibi olub.