Rusiya və Türkiyə hərbi qurumları arasında Suriyada üzərində təsadüfi aviasiya insidentlərin aradan qaldırılması məqsədilə birbaşa telefon xətti açılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, bu cür əməkdaşlıq formatı həmçinin Suriyanın “Xmeymim” aviabazasında İsrail Hərbi-Hava Qüvvələrinin komanda məntəqəsi və Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyadakı uçuşlarının idarə mərkəzi arasında da mövcuddur.Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ arasında Suriyanın hava məkanında uçuşların təhlükəsizliyinə dair anlaşma memorandumu qüvvəyə minib.