Estoniyanın müdafiə naziri Hanno Pevkur Estoniya prezidentinin müşavirinin hökumətin Ukraynanın qərbinə mümkün qoşun göndərilməsi ilə bağlı qərarı nəzərdən keçirdiyi barədə bəyanatını təkzib edib.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
“Burada yeni heç nə yoxdur. Fransada Avropa və Müttəfiqlərin bundan artıq nəsə edə biləcəyini düşünmək ideyası yarananda bu fikir müxtəlif müzakirələrdə dilə gətirilsə də, bir işə yaramadı. Hazırda müttəfiqlər arasında bununla bağlı dəqiq fikir yoxdur”, - nazir bildirib.
Onun fikrincə, hazırda Qərb ölkələri Ukraynanı silahla təmin etməli və ukraynalı hərbçilərə başqa ölkələrdə təlim keçməlidir.
QAZİLER.AZ