London Kiyevə Britaniya silahları ilə Krıma zərbələr endirməyə icazə verib.
Qaziler.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps “Sky News” telekanalına müsahibəsində bildirib.
O, bunu krallığın yarımadanı Ukrayna ərazisi hesab etməsi ilə izah edib.
“Bildiyiniz kimi, biz Ukrayna ərazisində, o cümlədən Ukraynanın ayrılmaz hissəsi hesab etdiyimiz Krımda silahdan istifadəyə icazə vermişik”, - britaniyalı nazir vurğulayıb.
QAZİLER.AZ