Rusiya bakalavr təhsilindən imtina edəcək

Rusiya bakalavr təhsilindən  imtina edəcək backend

2025-ci ildən Rusiyada “bakalavr” anlayışı artıq mövcud olmayacaq.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin rəhbəri vəzifəsini icra edən Valeri Falkov deyib.

Nazirin sözlərinə görə, təhsil ali və ali ixtisasa bölünəcək. Magistr dərəcəsi qalacaq, lakin tamamilə fərqli olacaq.

Falkovun sözlərinə görə, bəzi ixtisaslar üzrə 4 illik təhsil müddətində layiqli təhsil almaq mümkün deyil.

"Bu, xüsusilə mühəndislərə aiddir  və müəllimlər üçün eyni şey keçərlidir”, - Dövlət Dumasının plenar iclasında deyib.

Materialda qeyd olunur ki, bir sıra sahələr üzrə ali təhsilin 5-5,5 illik müddətinə keçmək lazımdır.

QAZİLER.AZ

Diaspora