Aİ məsləhətçi missiyasının Ukraynadakı mandatını uzadıb

Aİ məsləhətçi missiyasının Ukraynadakı mandatını uzadıb backend

Avropa İttifaqı Şurası Ukraynada Mülki Təhlükəsizlik Sektoru İslahatı üzrə Məsləhətçi Missiyasının (EUAM Ukrayna) mandatının 2027-ci il mayın 31-dək uzadılması barədə qərar qəbul edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Şuranın saytında məlumat verilib.

“Bu missiya 22 iyul 2014-cü ildə yaradılıb. O, qanunun aliliyini gücləndirən davamlı, cavabdeh və effektiv mülki təhlükəsizlik xidmətlərinin inkişafında ölkələrə dəstək olmaq üçün ukraynalı həmkarları ilə sıx əməkdaşlıq edir”, - deyə bəyanatda bildirilib.

O, Aİ standartlarına, yaxşı idarəetmə və insan hüquqlarına dair beynəlxalq prinsiplərə uyğun olaraq, Ukraynanın Aİ-yə üzvlük öhdəliklərini dəstəkləmək daxil olmaqla, spesifik islahat tədbirlərinə strateji məsləhət və praktiki dəstək verir.

QAZİLER.AZ

Diaspora