Rusiya və Çinin dünyada çoxlu müttəfiqləri var və onların sayı artacaq.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Moskva və Pekin demokratik dünya düzəninin qurulmasında lider olmaqda maraqlıdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Rusiya Federasiyası və Çin dünya məsələlərində balanslaşdırıcı rol oynayır. Rusiya prezidenti Vladimir Putinin səfəri iki ölkənin birgə işini gücləndirəcək.
Putinin Çin prezidenti Si Cinpinin dəvəti ilə mayın 16 və 17-də cümə axşamı və cümə günləri səfər edəcəyi gözlənilir. Bu, Putinin mayın 7-də vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olacaq.
QAZİLER.AZ