Rusiyada tərbiyəsiz məmurların cəzalandırılması təklif edildi

Rusiyada tərbiyəsiz məmurların cəzalandırılması təklif edildi backend

“Özünü idarə edə bilməyən hakimiyyət nümayəndələri kobudluğa görə cəzalandırmalıdır”.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Elm və Ali Təhsil Komitəsinin sədri Oleq Smolin deyib. Onun bildirdiyinə görə, bunun üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməlidir.

“Mən sözə görə həbs olunmasının əleyhinəyəm. Amma mən hesab edirəm ki, məmurları tərbiyələndirmək lazımdır. Mən İnzibati Xətalar Məcəlləsinə bu cür pozuntulara layiqli cərimə və vəzifə tutmaq hüququndan məhrumetməni nəzərdə tutan dəyişikliklər edərdim", - Smolin deyib.

Parlamentarinin sözlərinə görə, məmurlar yadda saxlamalıdırlar ki, onlar adi Rusiya vətəndaşlarından üstün deyillər.

QAZİLER.AZ

Diaspora