Nikolay Patruşev Rusiya prezidentinin köməkçisi təyin edilib.
“Report” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bundan başqa, Maksim Oreşkin Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin olunub.
Dmitri Peskov prezidentin mətbuat katibi vəzifəsini və prezident administrasiyası rəhbərinin müavini vəzifəsini saxlayıb.