Nyu-York Böyük Jürisi korrupsiyada təqsirləndirilən BMT Baş Assambleyasının sabiq sədri, Antiqua və Barbuda dövlətinin təşkilatdakı daimi nümayəndəsi Con Eşə qarşı rəsmi ittiham irəli sürülüb.
APA-nın verdiyi xəbərə görə, Çinin Makao şəhərində daşınmaz əmlakın tikintisi ilə bağlı yol verilmiş korrupsiya əməlinə görə həmçinin çinli developer Hq Lap Senq və daha 3 nəfər təqsirli bilinir.Məlumata görə, Con Eş Makaoda tikintisi Hq Lap Senqun şirkətinə həvalə olunmuş BMT-nin konfrans mərkəzinin yaradılmasının zəruriliyi barədə məktub hazırlayaraq BMT baş katibinə təqdim edib.