Eurovision 2024 beynəlxalq mahnı müsabiqəsi artıq başa çatıb, lakin şou ətrafında hələ də yeni qalmaqallar yaranır.
Məlum olub ki, müsabiqənin təşkilatçıları Avropa İttifaqının bir çox üzv dövlətlərinin “Eurovision”da iştirak etməsinə baxmayaraq, möhtəşəm final zamanı Avropa İttifaqının bayrağının konsert salonuna gətirilməsini qadağan ediblər.
Qaziler.az bildirir ki, bu barədə “The Independent” yazır.
Buna görə də Avropa Komissiyası baş verənlərə kəskin reaksiya verib və məsələ ilə bağlı ciddi danışığın planlaşdırıldığını bildirib. Məsələn, Aİ Komissiyasının nümayəndəsi Erik Mamer bu qərarın səbəbini hələ də anlamadığını qeyd edib.
"Tədbir zamanı Avropa bayrağından imtinanın səbəbləri ilə bağlı təşkilatçılardan hələlik məlumat yoxdur, lakin qadağa Aİ-nin vitse-prezidentini qəzəbləndirib. Biz, əlbəttə ki, Avropa Yayım Brliyini bunun səhv olduğunu başa düşməyə çağırırıq”, - deyə Erik bildirib.
Avropa İttifaqı Komissiyasının vitse-prezidenti öz növbəsində bayrağın qadağan edilməsi qərarının “Avropa düşmənlərinə” hədiyyə olduğunu bildirib.
QAZİLER.AZ