Almaniyanın “Heckler & Koch” (H&K) atıcı silah konserni Ukrayna Silahlı Qüvvələri üçün sovet çaplı patronlarla istifadə oluna bilən hücum tüfəngləri və pulemyotlar istehsal etməyə hazırlaşır.
Qaziler.az xəbər verir ki, bu barədə “Die Welt” yazır.
“H&K, Kalaşnikov və digər keçmiş Varşava sözləşməli kalibrlər üçün yerləşdirilmiş avtomat və pulemyotlar daxil olmaqla məhsul çeşidini genişləndirməyi planlaşdırır”, - məlumatda bildirilib.
Həmçinin Almaniyanın “Heckler & Koch” konserni Ukraynaya 7,62x39 mm çaplı HK132E hücum tüfənglərinin əlavə tədarükü təşkil etmək niyyətindədir. Əvvəllər o, Ukraynanın ehtiyacları üçün SFP9 tapançaları və MG5 pulemyotları tədarük edib.
Bundan əvvəl məlum olub ki, Danimarka bir ay ərzində dördüncü nəsil F-16 qırıcılarını Ukraynaya ötürmək niyyətindədir. Bunu krallığın baş naziri Mette Frederiksen deyib.
QAZİLER.AZ