Rişi Sunakdan xəbərdarlıq: Nüvə eskalasiyası qaçılmazdır

Rişi Sunakdan xəbərdarlıq: Nüvə eskalasiyası qaçılmazdır backend

"Dünya son 60 ildə heç vaxt olmadığı qədər nüvə eskalasiyasına daha yaxındır".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniya Nazirlər Kabinetinin rəhbəri Rişi Sunak deyib. O buna görə Rusiyanı günahlandırıb.

“Rusiya Prezidenti Vladimir Putinin ehtiyatsız davranışı bizi Kuba Raket Böhranından bəri heç vaxt olmadığı qədər təhlükəli nüvə eskalasiyasına yaxınlaşdırıb”, - Sunak deyib.

Hökumət başçısının sözlərinə görə, qarşıdakı beş il krallıq üçün ən təhlükəli dövrlərdən biri ola bilər. Sunak həmçinin qeyd edib ki, parlament seçkilərindən sonra hakimiyyətə gələ biləcək müxalif Leyboristlər Partiyası ölkənin təhlükəsizliyini təmin etməyə hazır deyil.

QAZİLER.AZ

Diaspora