Peskov Şoyqunun yeni vəzifəsindən DANIŞDI

Peskov Şoyqunun yeni vəzifəsindən DANIŞDI backend

“Rusiya Müdafiə Nazirliyinin keçmiş rəhbəri Sergey Şoyqu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin kuratoru olacaq”,

Qaziler.az “RİA-Novosti”yə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“HTƏFX-nin işinə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu nəzarət edəcək. Onun bu xidmətin bilavasitə rəhbəri olacağı barədə söhbət yoxdur”, - Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi xatırladıb ki, HTƏFX-nin rəhbəri Dmitri Şuqayev olub və qalır. Peskov əlavə edib ki, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi kimi Şoyqu hərbi-sənaye kompleksi üzrə komissiyada dövlət başçısının müavini olacaq.

Qeyd edək ki, mayın 12-də Putin Nikolay Patruşevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Onun yerini Rusiya Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən uzaqlaşdırılan Sergey Şoyqu tutub.

QAZİLER.AZ

Diaspora