NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna Rusiya ilə münaqişədə uduzsa, bərpa ediləcək heç nə olmayacaq. Kiyev ilk növbədə qələbəni təmin etməlidir.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə o, “YouTube”da yayımlanan Alyansın gənclər sammitində çıxış edərkən deyib.
“Müharibədən sonra Ukraynanın yenidən qurulmasına gəlincə, biz ilk növbədə onun qalib gəlməsini təmin etməliyik. Əgər Ukrayna qalib gəlməsə, o zaman azad və müstəqil Ukraynada bərpa olunacaq heç nə olmayacaq”, - Stoltenberq bildirib.
O, qələbəni əsas prioritet adlandırıb. Siyasətçinin qeyd etdiyi kimi, NATO dəstəyini gücləndirmək lazımdır və blok Ukraynaya öz müdafiə və təhlükəsizlik institutlarını bərpa etməyə kömək etməlidir.
QAZİLER.AZ