Avropa İttifaqı Şurasının üzvləri Moldovadan malların idxalı üçün kvotaların müvəqqəti dayandırılması ilə bağlı müddəanın uzadılması barədə qərar qəbul ediblər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu haqda qanunverici orqanın mətbuat xidməti məlumat yayıb. Belə ki, əlavə ödənişlərin tətbiqinə dair moratorium daha bir il qüvvədə qalacaq.
“Moldovanın Avropa İttifaqına ixrac edilən malların rüsumlarının və kvotaların dayandırılması Aİ Şurasının bugünkü təsdiqindən və Avropa Parlamentinin aprelin 23-də qəbul etdiyi qərardan sonra bir il müddətinə uzadılacaq. Bu qərar 24 iyul 2025-ci il tarixinədək qüvvədə olacaq”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Avropa Komissiyası Rusiya və Belarusdan taxıla bir ton üçün 95 avro məbləğində rüsum tətbiq etdiyini açıqlamışdı. Bildirilir ki, bu yolla Aİ Rusiya məhsullarına tələbi azaltmaq, eləcə də müntəzəm olaraq etiraz aksiyaları təşkil edən “fermerləri sakitləşdirmək” istəyir.
QAZİLER.AZ