Qəzzada səhiyyə sisteminin tamamilə çökməsinə saatlar qalıb

Qəzzada səhiyyə sisteminin tamamilə çökməsinə saatlar qalıb backend

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi yanacaq təchizatı çatışmazlığı səbəbindən tibb müəssisələrinin işinin tezliklə dayandırılacağı barədə xəbərdarlıq edib.

“Xəstəxanalarda generatorların, təcili yardım maşınlarının və tibb işçilərinin daşınması üçün lazımi yanacaq təchizatının olmaması nəticəsində Qəzza zolağında səhiyyə sisteminin tamamilə çökməsinə saatlar qalıb”,- deyə qurumdan bildirilib.

Xatırladaq ki, mayın 7-nə keçən gecə İsrail Müdafiə Odusunun (IDF) quru qoşunları antiterror əməliyyatı çərçivəsində Rəfaha daxil olub. İsrail tankları isə Qəzza zolağından Rəfah keçid məntəqəsinə operativ nəzarəti ələ keçirib.

Mənbə: Newsland.com / Oxu.az

Diaspora