Avropa İttifaqında 300 mindən çox ukraynalıya yaşayış hüququ verilib

Avropa İttifaqında 300 mindən çox ukraynalıya yaşayış hüququ verilib backend

2014-cü ildə 302,8 min ukraynalı Avropa İttifaqı ölkələrində yaşayış hüququ alıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Eurostat” statistika komitəsinin məlumatında bildirilir.

Beləliklə, artıq ikinci ildir ki, Ukrayna Aİ ölkələrində vətəndaşlarının müvəqqəti yaşayış hüququ alınmasına görə liderlik edir. Bu göstəriciyə görə ABŞ ikinci, Çin üçüncü, Hindistan isə dördüncü yerdədir.

Yaşayış hüququ verən ölkələrə gəlincə isə, Böyük Britaniya, Polşa, Almaniya və Fransa ilk sıralarda durur.
Diaspora