İspaniya Ukraynaya yeni yardım paketi hazırlayır və onun hazırlanması iyunun 30-da başa çata bilər.
Bu barədə “RBC-Ukrayna” “El Pais”ə istinadən məlumat yayıb.
Nəşrin mənbələri yardım paketinə aşağıdakıları daxil ediləcəyini bildirir:
böyük çaplı artilleriya sursatları,
yüngül və ağır pulemyotlar,
qorunan təkərli logistika vasitələri,
zirehli piyada maşınları,
tank əleyhinə silahlar və sahə artilleriya mərmiləri,
19 Leopard 2 A4 dəstəsindən ilk 10 döyüş tankı bərpa olunur.
Mənbələr bildiriblər ki, İspaniyanın Ukraynaya hərbi yardımı çox güman ki, NATO vasitəsilə həyata keçiriləcək. Şimali Atlantika Alyansının yaradılmasının 75-ci ildönümü ilə əlaqədar iyulun 9-11-də Vaşinqtonda keçirilməsi planlaşdırılan sammitdə gələcək hərbi yardımın Ukraynaya yönəldilməsi üçün “daha effektiv mexanizmlər” təsdiqlənəcək.
Nəşrin mənbələri bildirirlər ki, ideya ondan ibarətdir ki, NATO-nun özü Ukrayna üzrə Ramşteyn təmas qrupunu əvəz edərək müxtəlif ölkələrdən tədarükləri koordinasiya edəcək.
QAZİLER.AZ