Ukrayna şərq cəbhəsini saxlaya bilər - ABŞ dövlət katibi

Ukrayna şərq cəbhəsini saxlaya bilər - ABŞ dövlət katibi backend

"Ukraynanı dəstəkləyən 50-yə yaxın ölkə kimi, biz heç yerə getmirik".

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken deyib.

"Ukraynanı dəstəkləyən 50-yə yaxın ölkə kimi, biz heç yerə getmirik. Vaşinqton Ukraynaya yardımın tez çatdırılması üçün əlindən gələni edir", - deyə dövlət katibi əlavə edib.

Ukrayna “şərqdə cəbhə xəttini səmərəli şəkildə saxlaya bilir, Qara dənizdə əldə etdiyi üstünlüklərdən istifadə etməyə davam edir, və həmçinin rus qoşunlarını, o cümlədən Krımda zərbə altında saxlamaqla, onların gələcək təcavüzünü çətinləşdiri".

Bu fikri ABŞ dövlət katibi Entoni Blinken bazar günü, mayın 12-də Amerikanın CBS News telekanalına müsahibəsində deyib. 

Rusiya qoşunlarının Ukraynadakı müharibədə son uğurlarını şərh edən Dövlət Departamentinin rəhbəri bildirib ki, hazırkı vəziyyət “mürəkkəbdir”, lakin Kiyev hələ də Qərb müttəfiqlərinin köməyinə arxalana bilər. “Biz Ukraynanı dəstəkləyən 50-yə yaxın ölkə kimi heç yerə getmirik”, - o vurğulayıb: "Bu (Ukraynaya dəstək vermək - red.) davam edəcək. Və əgər Putin Ukraynadan, onun tərəfdarlarından daha dözümlü olduğunu düşünürsə, yanılır".

QAZİLER.AZ

 

Diaspora