ABŞ və Rusiya Suriyada uçuşların təhlükəsizliyinə dair razılığa gəldi

ABŞ və Rusiya Suriyada uçuşların təhlükəsizliyinə dair razılığa gəldi backend

Rusiyanın Müdafiə Nazirliyinə ABŞ hərbçilərindən Suriyanın hava məkanında insidentlərin qarşısının alınmasına dair razılaşdırılmış memorandum daxil olub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.


“Bu gün səhər biz amerikalı həmkarlarımızdan Suriyanın hava məkanında insidentlərin qarşısının alınmasına dair onların razılaşdırdıqları memorandumu qəbul etdik”, deyə general bildirib.

Konaşenkov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi bu cür sənədin imzalanmasının vacib addım olduğunu, praktiki məna daşıdığını hesab edir.

“Ümid edirik ki, bu sənəd İŞİD-ə qarşı mübarizə aparan koalisiyadakı bütün ölkələrin aviasiyasına şamil ediləcək”, deyə o qeyd edib.

İqor Konaşenkovun sözlərinə görə, ABŞ tərəfi razılaşdırılmış qaydalar barədə Suriya ərazisindəki əməliyyatlarda iştirak edən bütün tərəfdaşlarını məlumatlandıracağını vəd edib.
Diaspora