Zelenski Madridə gedir - Saziş imzalayacaq

Zelenski Madridə gedir -  Saziş imzalayacaq backend

Ukrayna prezidenti Vladimir Zelenski yaxın günlərdə Madridə səfər edəcək və burada İspaniya ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq. İspaniya adından sazişi baş nazir Pedro Sançes imzalayacaq.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna”  məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Sançes və Zelenskinin imzalayacağı təhlükəsizlik sazişi Kiyevin Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Danimarka və Kanada ilə artıq imzaladığı müqaviləyə bənzəyir.

Müqavilənin məqsədi Ukraynanın uzunmüddətli perspektivdə davamlı hərbi dəstəyini təmin etmək və Kiyev NATO və Aİ-nin tamhüquqlu üzvü olana qədər körpü rolunu oynamaqdır.

QAZİLER.AZ

Diaspora