Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, raketlərdən biri Şors küçəsindəki yaşayış binasına düşüb və nəticədə binanın 10-cu mərtəbəsindən 1-ci mərtəbəsinə kimi bir girişi tamamilə dağılıb.
İlkin məlumatlara görə, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.
Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Buna görə də ölü və yaralı sayının artacağı istisna olunmur.