“Google Chrome” istifadəçilərinə təcili XƏBƏRDARLIQ

“Google Chrome” istifadəçilərinə təcili XƏBƏRDARLIQ backend

“Google” anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran “Chrome” brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb.

QAZILER.AZ  Publika.az-a istinadla xəbər verir ki, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər.

Boşluğun təcavüzkarlar tərəfindən necə istifadə edildiyi barədə təfərrüat açıqlanmır. Lakin bu, icazəsiz məlumat sızıntısına, sistem xətalarına və hətta kodun cihazın uzaqdan idarə edilməsinə səbəb ola bilər.

İstifadəçilərə mümkün kiberhücumların qarşısını almaq üçün brauzerlərini yeniləmələri tövsiyə olunur.

Diaspora