Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb backend

Azərbaycanın ABŞ-dəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbirdə səfirliyin heyəti və ABŞ-də yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

QAZILER.AZ. AZƏRTAC-a istinaden xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Açılış nitqi ilə çıxış edən səfir Xəzər İbrahim Azərbaycan tarixinin son dərəcə mürəkkəb dövrlərində Heydər Əliyevin keçdiyi çətin və keşməkeşli yoldan, apardığı mübarizələrdən danışıb. Diplomat ölkəmizin istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğurun Ulu Öndərin zəkasının təcəssümü, onun əmanət qoyduğu milli tərəqqi ideyalarının qələbəsi olduğunu vurğulayıb. Səfir həmçinin, bu il Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinin qeyd olunduğunu bildirərək, Fondun gənclərimizin təhsil almasına və beynəlxalq müsabiqələrdə iştirakına dəstək olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən hərbi attaşe Rüstəm Gözəlov Ümummilli Liderin ölkəmizin müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Hərbi attaşe çıxışı zamanı həmçinin, Heydər Əliyevin ordu quruculuğunda müstəsna xidmətlərini vurğulayıb.

Tədbirin rəsmi hissəsinin yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış Ümummilli Lider Heydər Əliyevin xarici siyasət fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Ümummilli Lider Heydər Əliyevin ABŞ-yə rəsmi və işgüzar səfərlərini əks etdirən fotosərgi təşkil edilib.

Diaspora