“Meta” öz çat-botu olan ödənişsiz saytı istifadəyə verib

“Meta” öz çat-botu olan ödənişsiz saytı istifadəyə verib backend

Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Meta” şirkəti birbaşa ChatGPT və onun analoqları ilə rəqabət aparacaq “Meta AI” çat-botunun pulsuz versiyası olan meta.ai saytını istifadəyə verib.

QAZILER.AZ  AZƏRTAC-a istinadla xəbər verir ki, “Meta” şirkətinin Baş direktoru Mark Zükerberq şirkətin məqsədinin dünya liderinə çevriləcək və hər kəs üçün əlçatan olacaq süni intellekt (AI) yaratmaqdan ibarət olduğunu deyib. Onun sözlərinə görə, “Meta AI” ən ağıllı və pulsuz süni intellekt köməkçisidir.

“Meta AI” təbii dil sorğularını idarə edə, şəkillər və qısa animasiya filmləri yarada bilər. Bu zaman mətnin təsvirə çevrilməsi real vaxt ərzində həyata keçiriləcək.

Facebook ID vasitəsilə istifadəçi istəkləri yaddaşda saxlanacaq və bu, dialoqu davam etdirməyə imkan verəcək. Saytda reklam satmaq və ya ondan istifadə üçün abunəçilik açmaq nəzərdə tutulmur.

“Meta AI”nin ilk versiyası keçən payızda istifadəyə verilib və yalnız ABŞ-də şirkətin əsas media tətbiqetmələrində əlçatan idi.

İndi “Meta AI” Avstraliya, Kanada, Sinqapur və Cənubi Afrika Respublikası da daxil olmaqla, daha 12 ölkədə fəaliyyət göstərir. ABŞ-da bu proqram əlavəsi “ağıllı” Ray-Ban Meta eynəkləri ilə də istifadə edilə bilər və çat-bot dəstəyi tezliklə “Quest” virtual reallıq dəbilqələrinə də tətbiq olunacaq.

Diaspora