NATO hesab edir ki, Rusiyanın Alyans ölkələrinə hücum etmək niyyəti və imkanı yoxdur

NATO hesab edir ki, Rusiyanın Alyans ölkələrinə hücum etmək niyyəti və imkanı yoxdur backend

Hazırda Rusiyanın heç bir NATO ölkəsinə hücum etmək niyyəti və imkanı yoxdur.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coane deyib.

Onun sözlərinə görə, indi “Rusiyanın heç bir NATO ölkəsinə hərbi hücum etmək niyyəti və imkanı yoxdur, lakin Alyansa qarşı total hibrid müharibəsi başlayıb”.

“Biz kiberhücumları, dezinformasiyanı, hibrid müharibəni, təxribatları, zorakılıq aktlarını və qətliamları görürük. Hazırda baş verənlər misli görünməmiş mürəkkəbliyin böhranlar və texnoloji və sosial transformasiyaların birləşməsidir. Ona görə də bir şeyi deyə bilərəm: Allaha şükürlər olsun ki, biz NATO-dayıq”,  " - Coane deyib.

O, həmçinin əlavə edib ki, NATO hazırda müdafiə planları və hərbi istehsalı artırmaqla son onilliklərdə heç vaxt olmadığı kimi uyğunlaşma və transformasiya prosesindədir.

QAZİLER.AZ

Diaspora