Tailandda 61 nəfər istidən ölüb

Tailandda 61 nəfər istidən ölüb backend

Taylandda 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilər səbəbindən 61 nəfər ölüb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, paytaxt Banqkok və ölkənin şimal-şərq bölgələri üçün isti hava xəbərdarlığı edilib.

Tailand Səhiyyə Nazirliyinin açıqlamasında bu ilin əvvəlindən bu yana 61 nəfərin isti vurmasından öldüyü bildirilib.

Açıqlamada havanın temperaturunun 40 dərəcəni keçdiyi paytaxt və ətrafı və şimal-şərq rayonları üçün isti hava xəbərdarlığı edilib, yaşlı və xroniki xəstələr isti vurmağa qarşı diqqətli olmağa çağırılıb.


Ölkənin şimalındakı Lampanq bölgəsində həftə ərzində temperatur 44,2 dərəcəyə yüksələrək 2023-cü ilin  temperatur rekorduna 44,6 dərəcə yaxınlaşıb.

QAZİLER.AZ

 

Diaspora