Kadırov qardaşı oğlunu “İgidliyə görə” ordeni ilə təltif edib

Kadırov qardaşı oğlunu “İgidliyə görə” ordeni ilə təltif edib backend

Çeçenistan lideri Ramzan Kadırov qardaşı oğlu 27 yaşlı Həmzət Kadırova “İgidliyə görə” ordenini təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov öz telearam kanalında məlumat verib.

Ordenin təltif edilməsi haqqında sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Mükafatın dəqiq səbəbləri məlum deyil. Delimxanov öz yazısında qeyd edib ki, Həmzət Kadırov “xüsusi hərbi əməliyyatın əvvəlindən çeçen döyüşçülərinə dəstək verməkdə fəal iştirak edib”.

Həmzət Kadırov Çeçenistan baş nazirinin müavini, həmçinin regionun əmlak və torpaq münasibətləri naziri və əmisinin təhlükəsizlik blokunda köməkçisidir.

2023-cü ildə Həmzət Kadırov II dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni ilə təltif edilib, həmçinin Çeçenistan Qəhrəmanı adına layiq görülüb.

QAZİLER.AZ

Diaspora