Fransa utilizasiyaya məruz qalan uzaqmənzilli SCALP raketlərini Ukraynaya təhvil verib.
Qaziler.az bildirir ki, bu barədə “Nyus.ru”ya RFI saytına istinadla məlumat yayıb.
Mərmilər digər döyüş başlıqlarını döyüşə hazır vəziyyətdə saxlamaq üçün bəzi komponentlərdən məhrum edilib, bundan sonra onlar bərpa edilərək Ukrayna Silahlı Qüvvələrinə verilib.
“Arsenallarda iki növ təchizat var idi. Biri köhnə raketlər, lakin yenə də faydalı olanlar... Digəri isə SCALP raketlərini döyüşə hazır vəziyyətdə saxlamaq üçün bəzi hissələri çıxarılan raketlər idi”, - materialda deyilir.
Raketlər üç ay ərzində bərpa edilib. Nəşr qeyd edir ki, bu, yeni raketin qiymətinin dörddə birinə başa gəlib.
QAZİLER.AZ