Moldovada ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək

Moldovada ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək backend

Moldovada ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib. Qeyd olunub ki, təlim toplanışları 20-24 may və 27-31 may tarixlərində iki mərhələdə baş tutacaq.

“Milli Ordu Silahlı Qüvvələrin ehtiyatda olan hərbçilərinin iştirakı ilə yeni təlimlər keçirəcək. Təlimlər 20-24 may və 27-31 may tarixlərində iki mərhələdə keçiriləcək”, - məlumatda qeyd edilib.

Əvvəllər xəbər verildiyi kimi, Moldova Rusiya sülhməramlılarını razılaşdırılmamış hərbi təlimlərdə ittiham edib. Onlar Dnestryanı münaqişənin təhlükəsizlik ayırma zonasında baş verib. Moldovada rus təlimlərinin respublika əhalisini qorxuya saldığını iddia edirlər.

Politoloq Yuri Svetov qeyd edib ki, hazırda dünyada, məsələn, İsrail, Serbiya, Moldova və Ermənistanda yeni hərbi münaqişələr cərəyan edir. Onun sözlərinə görə, narazılığın və lokal toqquşmaların genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı var. Svetovun sözlərinə görə, Moldova Qaqauziya və Dnestryanı ilə toqquşmaya başlaya bilər, çünki ölkə hökuməti onu Rumıniyanın bir hissəsi etmək istəyir.

QAZİLER.AZ

Diaspora