Ukrayna Silahlı Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib ki, Ukrayna Çexiyadan ilk “F-16” qırıcı simulyatoru alıb.
Qaziler.az “Strana.ua”ya istinadla xəbər verir ki, cihaz ukraynalı pilotların təlimi üçün nəzərdə tutulub.
“F-16”ların özləri ilə yanaşı, biz gənclərimiz üçün güclü tədris və maddi baza yaratmalıyıq. Mən müttəfiqlərimizi bu təşəbbüsə qoşulmağa çağırıram”, - deyə Ukrayna Silahlı Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun bildirmişdi ki, kollektiv Qərb ölkələri Ukraynaya təkcə F-16 qırıcı-bombardmançı təyyarələrini deyil, onlar həm də bütün silah dəstini Ukraynaya verəcək. Onun sözlərinə görə, hazırda 5 qrup ukraynalı pilot Böyük Britaniya, Danimarka, ABŞ və Fransada Amerika “F-16” qırıcıları üzərində təlim keçir.
QAZİLER.AZ