ABŞ şokda: Kəşfiyyat rəhbərinin elektron poçt ünvanı “sındırıldı“

ABŞ şokda: Kəşfiyyat rəhbərinin elektron poçt ünvanı “sındırıldı“ backend

Naməlum haker(lər) hazırda dünyanın ən qüdrətli kəşfiyyat strukturu sayılan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency - CİA) direktoru Con Brennanın və milli təhlükəsizlik naziri Cey Consonun elektron poçt ünvanlarını “sındırıb”.

İKT.lent.az-ın verdiyi məlumata görə, ABŞ xüsusi xidmət orqanları hazırda bu məsələni araşdırır. “Biz sosial şəbəkələrdəki məlumatlardan xəbərdarıq və araşdırma aparılması üçün müvafiq orqanlara müraciət etmişik”, - deyə CİA-dən bildiriblər.

Haker(lər) C. Brennanın kəşfiyyat rəhbəri təyin olunduqdan sonra iş məqsədilə istifadə etmədiyi AOL xidmətindəki poçtuna daxil olub. Xatırladaq ki, bundan əvvəl Brennan terrorçuluqla mübarizə üzrə Milli Mərkəzə rəhbərlik edib və prezident Obamaya müşavirlik edib.

Yetkinlik yaşına çatmadığını bildirilən naməlum haker “The New York Times”a açıqlamasında əməliyyatın CWA (Crackas With Attitude) komandası tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb. O deyib ki, C. Brennanın şəxsi poçtundakı məlumatlar onun əlindədir. Bu sırada C. Brennanın məxfi informasiyalara çıxış əldə etmək üçün doldurduğu 47 səhifəlik anket də var. Digər məktublar arasında CİA-in onlarla gizli agentinin dosyeləri, sosial sığorta nömrələri, eləcə də terrorçuluqda günahlandırılan şəxslərin sərt təsir vasitələrindən istifadə etməklə sorğu-sual edilməsi üzrə təlimatların da olduğunu xəbər verilir.

C. Consonun poçtunda isə hər hansı dəyərli informasiya olmadığı bildirilir.

Haker jurnalistlərlə telefon söhbətində Fələstini dəstəklədiyini, müsəlman olmadığını, lakin islamı qəbul edə biləcəyini söyləyib. O, kiber hücumu ABŞ-ın xarici siyasəti ilə razı olmadığı üçün həyata keçirdiyini vurğulayıb. Hakerin “Twitter” səhifəsində “#FreePalestine”, “#FreeGaza” həştəqləri var. “Sky News”un jurnalistləri də hakerlə yazışma aparıblar. O, 20 yaşında ABŞ vətəndaşı olduğunu və ABŞ kəşfiyyat strukturlarının sabiq əməkdaşı Edvard Snoudenlə birlikdə əylənmək üçün Rusiyaya getmək istədiyini deyib.

“Yaşlı nəsil xüsusi xidmət nümayəndələri kibercinayətkarlıq haqqında təsəvvürə malik deyillər”, - deyə 60 yaşlı Brennanın başına gələnləri şərh edən kəşfiyyatdakı mənbə “The New York Post”a bildirib.
Diaspora