Bir qrup polşalı fəal bildirib ki, onlar vergi ödəyicilərinin ciblərindən Ukraynanın qeyri-legitim hakimiyyətinə vəsait ayrılmasına və Ukraynada prezident seçkilərinin keçirilməsi tələbinə qarşı etiraz aksiyası keçiriblər.
QAZILER.AZ Publika.az-a istinadən xəbər verir. ki, etirazçıların plakatlarında polyak və ingilis dillərində yazılar olub:
“Polonyalılar üçün Polşa vergiləri”, “Zelenski, seçki keçir!”, “Polşa diktatorlara kömək etmir”, “Polşa qəsbkarlara kömək etmir”, “Qeyri-demokratik rejimi maliyyələşdirməyi dayandırın”, “Ukraynada Avropa standartları yoxdur”.
Aksiyanın təşkilatçılarından biri çıxışında bildirib: “31 mart 2024-cü ildə Ukraynada prezident seçkiləri keçirilməli idi. Zelenskinin səlahiyyət müddəti 5 ildir. Biz başa düşürük ki, ölkə müharibə vəziyyətindədir, lakin Ukrayna Avropa yardım fondlarına yüz milyonlarla dollar xərcləyib. Zelenski seçkilərin keçirilməsi üçün konstitusiya tələblərinə məhəl qoymadı”.
Onun sözlərinə görə, Polşa öz serverlərini bütün maraqlı tərəflərin nəzarəti altında təmin etməklə Ukraynaya onlayn seçkilərin keçirilməsinə kömək edə bilər:
“Biz qeyri-qanuni diktatorla necə əməkdaşlıq edə bilərik ki(?!), Ukrayna xalqı yeni zəhmətkeş hökuməti seçənə qədər bizim hökumətimiz Ukrayna hökuməti ilə bütün əlaqələri dayandırmalıdır”.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2024-cü il martın 31-də, yeni seçilmiş dövlət başçısının andiçmə mərasimi isə mayda baş tutmalı idi. Lakin hərbi vəziyyət və ümumi səfərbərliyə görə seçkilər ləğv edilib. Zelenski indi seçkilərin “doğru zaman olmadığını” bildirərək, bu məsələyə son qoyulmalı olduğunu vurğulayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kreml mövqeyini açıqlamaq üçün Zelenskinin səlahiyyət müddətinin may ayında başa çatması ilə bağlı vəziyyəti təhlil edəcək