Sloveniyanın Fələstin dövlətini tanıma qərarını iyunun 13-dək qəbul edəcəyi gözlənilir.
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, Sloveniya Xarici işlər naziri Tanja Fajon mətbuata açıqlamasında hökumətin Fələstin dövlətinin tanınması proseduruna başladığını açıqlayıb.
Fajon deyib ki, tanınma qərarı iyunun 13-dək Sloveniya parlamentinə göndəriləcək.
O, qərarın geri dönüşü olmayan bir addım olduğunu qeyd edib:
"Hökumətin Fələstini tanıma prosesində olmasından xoşbəxtəm. Bununla Sloveniya Yaxın Şərqdə sülhün bərqərar olması və iki dövlətli həllin zəruriliyinə sadiqdir".