Amerikanın avtomobil istehsalçısı “Cadillac” 2030-cu ilə qədər benzinlə işləyən avtomobillərdən imtina etmək fikrini dəyişib.
Bu barədə “Detroit Free Press” məlumat yayıb.
“Genaral Motors”un premium brendinin vitse-prezidenti John Rot, elektrikli avtomobillər və daxili yanma mühərriklərinin bir neçə il birlikdə mövcud olacağını söyləyib. O, vurğulayıb ki, “Cadillac”ın seçim imkanı olduqca, brend bütün müştərilərin ehtiyaclarını ödəməyə çalışacaq.
Rotun sözləri “Cadillac”ın o zamankı baş direktoru Rori Harvinin 2021-ci ildə verdiyi vədlə ziddiyyət təşkil edir. O, şirkətin 2030-cu ilə qədər benzin modellərindən tamamilə imtina edəcəyini iddia edirdi. Bu barədə suala cavab olaraq hazırkı vitse-prezident etiraf edib ki, hadisələrin bu cür inkişafı indi mümkün deyil. Elektrikli avtomobillərin satış artımının yavaşlaması fonunda qərarlara yenidən baxılmalı idi.
QAZİLER.AZ