Pentaqonun rəhbəri Lloyd Ostin və ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun Senatda dinləmələr zamanı Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombasının atılmasının İkinci Dünya Müharibəsinin sona çatmasına xidmət etdiyi qənaətinə gəliblər.
Qaziler.az bu barədə TASS istinadla yazır ki, beləliklə onlar İsraili bütün lazımi silahlarla təmin etməyə çağıran senator Lindsi Qremin sualını cavablandırmış olublar.
Amerikalı siyasətçi qeyd edib ki, Yaxın Şərqdəki vəziyyəti qlobal münaqişə ilə müqayisə etmək olar. Onun sözlərinə görə, İran və Hizbullah hərəkatı İsraili məhv edə bilər, ona görə də onun ordusu bütün lazımi hərbi yardımla təmin edilməlidir. Daha sonra Qrem Braundan Xirosima və Naqasakiyə atom bombasının atılmasını dəstəkləyib-dəstəymədiyini soruşub.
“Bu, müharibəni dayandırdı”, - Braun cavab verob.
QAZİLER.AZ