Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində maneəsiz daxili bazar yaratmağı təklif edib.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Tokayevin sözlərinə görə, Aİİ-nin fasiləsiz logistikaya və gömrük prosedurlarının uyğunlaşdırılmasına, həmçinin vahid Avrasiya dəhlizinin yaradılmasına ehtiyacı var.
"Praktik tədbir olaraq, biz QR kodlarından istifadə etməklə bütün göndərmə sənədlərinin uzaqdan yoxlanılması və rəqəmsal sənədlərin qarşılıqlı tanınması mexanizminin tətbiqinə başlamağı təklif edirik", - Qazaxıstan rəhbəri bildirib.
QAZİLER.AZ