ABŞ prezidentliyinə namizədin beynində qurd tapıldı

ABŞ prezidentliyinə namizədin beynində qurd tapıldı backend

ABŞ prezidentliyinə namizəd Robert Kennedinin beynində ölü parazit ola biləcək anomaliya aşkar edilib.

Qaziler.az bildirir ki, bu barədə “New York Times” siyasətçinin özünün açıqlamalarına istinadən yazır. Zərərverici namizədin beyninin bir hissəsini yeyə və sonra ölə bilər.

“Həkim görüntülərdə izlənən anomaliyaya səbəbin beynə girən qurd olduğunu, onun bir hissəsini yedikdən sonra öldüyünü zənn edir”, - materialda bildirilir.

Qeyd olunur ki, siyasətçi əvvəlcə yaddaş problemi və şüurun bulanıqlığı ilə bağlı şikayətlərlə həkimlərə müraciət edib. Əldə edilən MRT görüntülərində həkimlər əvvəlcə şiş olduğunu düşündükləri qaralma aşkar ediblər. Ancaq sonra həkimlərdən biri bunun ölü bir qurd ola biləcəyini, donuz ətinin lent qurd sürfəsi ola biləcəyini ehtimal edib.

QAZİLER.AZ

Diaspora