Rusiya aktivlərinə qoyulan həbs Ukraynanın xeyrinədir - Avropa Komissiyası

Rusiya aktivlərinə qoyulan həbs Ukraynanın xeyrinədir - Avropa Komissiyası backend

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin 27 ölkəsinin səfirlərinin Kiyevə gələcək silahların alınması üçün dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin müsadirə edilməsi məsələsinə dair razılaşmasını alqışlayıb.

Qaziler.az-ın məlumatına görə, o, “twitter” səhifəsində (X) bildirib ki, bu, Ukraynanı və Avropanın qalan hissəsini daha ​​təhlükəsiz yerə çevirəcək.

"Mən Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukrayna üçün istifadə edilməsi təklifimizlə bağlı bugünkü razılaşmanı alqışlayıram",- Ursula fon der Leyen deyib.

Məlumatda qeyd edilib ki, Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri əvvəllər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi üzrə tədbirlər haqqında ilkin razılığa gəliblər. Vəsaitlər, Ukraynanın bərpası və hərbi müdafiəsi üçün istifadə olunacaq. Sözügedən qərar Aİ Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqlənməlidir.

QAZİLER.AZ

Diaspora