Litva çağırış yaşında olan ukraynalıları deportasiya etməyəcək

Litva çağırış yaşında olan ukraynalıları deportasiya etməyəcək backend

Litvada orduya çağırış yaşında olan ukraynalılar deportasiya edilməyəcək, lakin onlar üçün yaşayış icazəsindən imtina edilə bilər.

Qaziler.az bildirir ki, Litvanın baş naziri İnqrida Şimonite "Financial Times" qəzetinə müsahibəsində deyib.

İ.Şimonite vurğulayıb ki, Avropa İttifaqı 2025-ci ilin martına qədər ukraynalıların müdafiəsinə zəmanət verib. Litvanın baş naziri mümkün məhdudiyyətləri Ukraynaya “uzun müddətdir döyüşən insanların dincəlməsi” üçün “silahlı qüvvələrini yeniləmək potensialını” təmin etmək istəyi ilə izah edib.

Baş nazir həmçinin bildirib ki, Litva təlim missiyası çərçivəsində öz əsgərlərini Ukraynaya göndərməyə hazırdır. Lakin Ukrayna bununla bağlı müraciət etməyib.

QAZİLER.AZ

 

 

Diaspora