Hindistan hüquq-mühafizə orqanları muzdluları Ukraynaya qarşı müharibəyə göndərmək üçün cəlb edən 4 nəfəri həbs edib.
Qaziler.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Mərkəzi Təhqiqat Bürosu bildirib.
Həbs olunan dörd nəfərin tərcüməçi işlədiyi və gələcək muzdlulara viza almaqda və aviabilet bron etməkdə köməklik etdiyi qeyd edilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əmin ediblər ki, beynəlxalq insan alveri şəbəkəsinin bir hissəsi olan digər müttəhimlərə qarşı istintaq davam edir. Hələ mart ayında iddia edilmişdi ki, 35-ə yaxın Hindistan vətəndaşı aldadılaraq Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya qoşulub.
Reuters yazır ki, Rusiya tərəfində döyüşərək ölən iki Hindistan vətəndaşının ailələri ərlərinin Rusiya ordusunda “köməkçi” kimi işləmək istədiklərini bildiriblər.
Hindistan Xarici İşlər Nazirliyi isə hər bir işin Rusiya ilə “qızğınlıqla müzakirə edildiyini” bildirib.
QAZİLER.AZ