Çin 12 ölkə üçün vizasız rejimin vaxtını uzadıb

Çin 12 ölkə üçün vizasız rejimin vaxtını uzadıb backend

Çin 12 ölkə vətəndaşları üçün Çində qısamüddətli qalmaqla bağlı vizasız rejimi 2025-ci ilin sonuna qədər uzatmaq qərarına gəlib.

Qaziler.az Kazinform-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.

Çin və xarici ölkələr arasında insan mübadiləsini asanlaşdırmaq üçün Çin Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya, Malayziya, İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq vətəndaşları üçün vizasız rejimin 31 dekabr 2025-ci ilə qədər uzadılmasına qərar verib", - çinli diplomat bildirib.

Onun sözlərinə görə, yuxarıda qeyd olunan xarici dövlətlərin adi pasportlara malik vətəndaşlarına işgüzar və turizm səfərləri, qohum və dostlarını ziyarət etmək, habelə tranzit məqsədilə Çinə 15 günədək vizasız giriş və qalmaq icazəsi veriləcək.

QAZİLER.AZ

Diaspora