“Politico” Qərbin Ukraynaya kifayət qədər yardım etmədiyinə diqqət çəkib

“Politico” Qərbin Ukraynaya kifayət qədər yardım etmədiyinə diqqət çəkib backend

Sursat tezliklə Ukrayna ordusunun cəbhə xəttinə çata bilər, lakin ABŞ və müttəfiqləri Ukraynaya dəstək strategiyasını dəyişməsə, Kiyev üçün yardım kifayət etməyə bilər.

Qaziler.az bildirir ki, bu barədə "Politico" mayın 8-də yazır.

Hərbi analitik Set Cons qeyd edib ki, ABŞ-ın dəqiq strategiyası və Qərbin daimi silahları, kəşfiyyatı və təlimi olmadan Ukrayna ordusunun vəziyyəti “getdikcə təhlükəli” olur.

Materialda qeyd olunduğu kimi, yeni strategiya Kiyevə Qərb tərəfindən verilən silahların istifadəsinə qoyulan qadağaların aradan qaldırılmasını, ABŞ və Avropanın öz silah ehtiyatlarını riskə atmağı, habelə logistikanın yaradılmasını nəzərdə tutur.

Qəzet Ukraynadakı münaqişənin döyüş əməliyyatlarının maddi-texniki təminatında ciddi problemi üzə çıxardığına diqqət çəkib. Birləşmiş Ştatların və onun Avropalı müttəfiqlərinin hərbi sənaye bazası belə orta adi konvensial münaqişəni belə dəstəkləmək üçün çox kiçikdir.

Böyük səylər nəticəsində Amerika artilleriya mərmilərinin istehsalını iki dəfə artıraraq ayda 28.000-ə çatdırsa da, Rusiya gündə orta hesabla 10.000 mərmi atır. Nəşr yazır ki, Rusiya prezidenti Vladimir Putinin hərbi istehsalın artırılması proqramı tam gücü ilə işləyir və sürətli artımı ilə analitikləri təəccübləndirir.

QAZİLER.AZ

Diaspora