İtaliyada İkinci Dünya Müharibəsindən qalan bombaya görə 36 min insan təxliyə edilib

İtaliyada İkinci Dünya Müharibəsindən qalan bombaya görə 36 min insan təxliyə edilib backend

İtaliyanın mərkəzində yerləşən Viterbo şəhərində İkinci Dünya Müharibəsindən qalma bombanın çıxarılması üçün 36 min insan təxliyə edilib.

Qaziler.az bildirir ki, İtaliya mətbuatında yer alan xəbərə görə, martın 20-də Viterbo şəhərinin Alcide de Gasperi küçəsindəki bir binanın tikintisində tapılan İngiltərə istehsalı 2 tonluq bombanın daşınması üçün bu gün hərtərəfli iş aparılıb. .

Aparılan işlər çərçivəsində Viterbo şəhərində bombanın yerləşdiyi məhəllə qırmızı zona elan edilib, bölgədəki ibtidai və orta məktəblər bağlanıb, 36 min sakin təxliyə edilib.

İtaliya ordusuna aid bomba zərərsizləşdirmə qruplarının həyata keçirdiyi həssas iş səhər saatlarında başlayıb.

Bildirilib ki, ekspert qruplarının işi zamanı bomba daşınmaq üçün təhlükəsiz vəziyyətə gətiriləcək və daha sonra məhv ediləcəyi hərbi obyektə aparılacaq.

QAZİLER,AZ

Diaspora