Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul əyalətində son 7 gündə baş verən güclü daşqınlar nəticəsində azı 75 nəfər həlak olub.
Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildiriblər.
Daha 103 nəfər hələ də itkin sayılır.
Ən azı 155 nəfər yaralanıb və yağışlar nəticəsində 88 mindən çox insan evlərini tərk etməyə məcbur olub.
Təxminən 16 min insan məktəblərə, idman zallarına və digər müvəqqəti sığınacaqlara yerləşdirilib.
QAZİLER.AZ