Qadın altı yaşlı oğlunu timsahların olduğu kanala atdı

Qadın altı yaşlı oğlunu timsahların olduğu kanala atdı backend

Hindistanın Karnataka əyalətində 6 yaşlı uşağını timsahlara  atan qadın həbs edilib.

Qaziler.az bildirir ki, bu barədə “India Today” məlumat yayıb.

Polisin məlumatına görə, mayın 4-də şənbə günü axşam saat 21 radələrində 32 yaşlı Savitri Kumar və onun əri, 36 yaşlı Ravi Kumar oğluna görə mübahisə edib. Mübahisə qadının oğlanı kanala tullaması ilə başa çatıb.

Polis və xilasedicilər uşağı yalnız səhər açılandan sonra axtarmağa başlayıblar. Səhər uşaq timsahın ağzında tapılıb. Yırtıcı uşağın sağ əlini qismən yeyə bilib.

Məhkəmə ana və atanı 14 sutka həbs edib. Qadın baş verənlərə görə ərini günahlandırır. Onun sözlərinə görə, o, eşitmə və nitq pozğunluğundan əziyyət çəkən xəstə oğlundan xilas olmaq arzusunda olub.

QAZİLER.AZ

Diaspora