Madridin Baraxas hava limanında 22 yaşlı gənc qadın Türkiyəyə uçan təyyarəyə minərkən saxlanılıb. İspaniyanın Uelva şəhərindən olan adı açıqlanmayan bu qadın Türkiyəyə, oradan isə Suriya və ya İraqa gedərək İŞİD sıralarına qoşulmaq niyyətində olub.
İspaniya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, gənc xanım internet vasitəsilə İŞİD təbliğatının təsiri altında terrorçu qruplaşmaya qoşulmaq qərarına gəlib. Bu vaxta qədər 130 İspaniya vətəndaşı İŞİD-ə qoşulmaq üçün ölkəni tərk edib.