ABŞ hakimiyyəti və beynəlxalq ictimaiyyət Rəfahdakı gərginliyi dayandırmaq üçün İsrailə təzyiq göstərməlidir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatı məlumat yayıb.
HƏMAS-ın bəyanatında deyilir: “Biz Amerika administrasiyasını və beynəlxalq ictimaiyyəti Rəfahda və Qəzza zolağında yüz minlərlə məcburi köçkün mülki şəxsin həyatını təhlükə altına alan gərginliyi dayandırmaq üçün işğala təzyiq göstərməyə çağırırıq”.
Qeyd edək ki, mayın 7-də İsrail Silahlı Qüvvələri Rəfahda “hədəf” əməliyyatına başladığını rəsmən elan edib. İsrail ordusunun bəyanatında deyilir ki, quru qoşunları “Rəfahın şərqində təyin olunmuş ərazilərdə HƏMAS terrorçularını və terrorçuların infrastrukturunu məhv etmək” niyyətindədir.
QAZİLER.AZ