Almaniya ordusuna ölkənin hərbi xidmətə yararlı bütün vətəndaşlarını qeydiyyata almaq imkanı verilməlidir.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Almaniya Hərbi İttifaqının rəhbəri, polkovnik Andre Vüster ARD-də debat zamanı bildirib. Onun sözlərinə görə, hökumət Bundesverə hərbi xidmətə yararlı bütün vətəndaşlar haqqında məlumat toplamaq hüququ verməlidir.
“İşçi qüvvəsi baxımından hazırkı planlar, hətta ehtiyatı da nəzərə alsaq, kifayət deyil”, - Vüster şikayətlənib.
Vüsterin fikrincə, universal hərbi xidmətə çağırış bir çox üstünlüklərə malikdir. Onun sözlərinə görə, hazırkı beynəlxalq siyasi vəziyyətdə Almaniyanın çağırış ordusuna qayıtması üçün ciddi əsaslar var.
QAZİLER.AZ